AR ETN Botanika İnstitutunun “Plant & Fungal Research” jurnalının 10-cu nömrəsi çapdan çıxıb və vebsayta (www.plantfungalres.az) yerləşdirilib.
İngilis dilində təqdim olunan jurnalın baş redaktoru institutun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayevadır. Jurnalın redaksiya heyətinə Azərbaycandan və xaricdən olan nüfuzlu alimlər daxildir. Jurnalın əsas məqsədi respublikada aparılan bitki və göbələk tədqiqatlarının beynəlxalq aləmə inteqrasiyasını təmin etmək üçün bu sahədə ölkədə çap olunan elmi əsərlərin səviyyəsini inkişaf etdirmək, onları bioloji tədqiqatların müasir tələblərinə uyğunlaşdıraraq və bununla yanaşı xarici alimlərin iştirakını təmin etməkdir. Beynəlxalq Obyektin Rəqəmsal İdentifikatoru (DOI) bütün məqalələr üçün təmin edilib.
Qeyd edək ki, “Plant and Fungal Research” beynəlxalq jurnalı bu ildən BMT-nin Ərzaq və Kənd təsərrüfatı Təşkilatının (FAO) rəsmi internet səhifəsində AGRİS sisteminə daxil olub. Beynəlxalq tələblərə uyğun jurnala məqalələr ingilis dilində və yalnız elektron formada birbaşa www.plantfungalres.az internet saytı üzərindən ilboyu göndərilə bilər.