Arxiv
Botanika İnstitutunun əməkdaşları Çin Xalq Respublikasında səfərdə olublar
27.07.2023

AR ETN Botanika İnstitutunun Etnobotanika şöbəsinin aparıcı elmi işçisi, dosent Elman Yusifov və Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi İsmayıl Cəfərli  Çin Xalq Respublikasının Yunnan vilayətinin Kunminq şəhərində keçirilən Beynəlxalq treninq kurslarında iştirak ediblər.

Treninq kəskin azalmış bitki populyasiyalarının (KABP) mühafizəsi və istifadəsinə həsr olunub. Kurslar kəskin azalmış bitki populyasiyalarının, nəsli kəsilməkdə olan ağac-kol bitkilərinin effektiv mühafizəsinin prinsiplərinə, nadir növlərin toxum kolleksiyası texnologiyalarına, nəsli kəsilməkdə olan növlərin toxuma kulturaları vasitəsilə sürətli çoxaldılması və s. aktual mövzulara həsr edilib.

Sonda hər iki mütəxəssis beynəlxalq sertifikata layiq görülüb.