Arxiv
Botanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
20.09.2023

AR Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İclası giriş sözü ilə açan İnstitutun baş direktoru, b.e.d., professor Səyyarə  İbadullayeva gündəlikdə olan məsələlər haqqında şura üzvlərinə məlumat verib.

İclasda İnstitutun şöbə və laboratoriyalarının 2023-cü il üçün mövzu planı çərçivəsində əldə etdiyi əsas elmi nəticələr və illik hesabata hazırlıq işlərinin müzakirəsi aparılıb.

Botanika İnstitunun elmlər və fəlsəfə doktorluğu hazırlığı üzrə doktorantura və dissertanturasına 2023-2024-cü tədris ili üçün qəbulun nəticələri barədə məlumat verilib.

Sonda AR Elm və Təhsil nazirliyindən daxil olmuş müvafiq tapşırıqlara əsasən İnstitutda 2024-cü il üçün keçirilməsi nəzərdə tutulan tədbirlər müzakirə olunub.

Elmi Şuranın iclası cari məsələlərin müzakirəsi ilə başa çatıb.