Arxiv
Azərbaycanlı botaniklərin Qarabağa həsr olunmuş 2 əsəri nüfuzlu kitabda nəşr olunub
06.10.2023

AR Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun alimlərinin 2 elmi əsəri 2023-cü ildə “Apple Academic Press” nəşriyyatında çapdan çıxmış iri həcmli “Ethnic Knowledge and Perspectives of Medicinal Plants” kitabında ayrıca fəsillər şəklində yer alıb.
Kitabın elmi redaktorları tanınmış alimlər - Münir Öztürk, Kandikre Ramaiah Sridhar, Maryam Sarwat, Volkan Altay, Francisco Martín Huerta-Martínezdir.

Kitab əsasən Qarabağ bölgəsinin florasında yabanı dərman və qida bitkilərinin etnik istifadəsinə həsr edilmiş tədqiqatlardan bəhs edir.

“Traditional Herbal Treatments in Karabakh-Azerbaijan” (I cild, 79-141 s.) adlı kitab fəsli b.e.d., professor Səyyarə İbadullayeva, b.ü.f.d. Aytən Əsgərova, Əsmər Hüseynova, b.ü.f.d. Afiq Məmmədov və akademik İradə Hüseynovanın həmmüəllifliyi ilə, “Nutritional Herbs from Karabakh, Azerbaijan” (II cild, 70-101) adlı kitab fəsli isə b.e.d., profesor Eldar Novruzov, b.e.d. Lətafət Mustafayeva, b.ü.f.d. Aydan Zeynalovanın həmmüəllifliyi ilə tərtib edilib.