Arxiv
Botanika İnstitutunun əməkdaşı palinoloji tədqiqat aparıb
26.10.2023

AR ETN Botanika İnstitutunun Biomorfologiya və fitointroduksiya şöbəsinin elmi işçisi Şəbnəm İsayeva və REA-nın V.L. Komarov adına Botanika İnstitutunun Palinologiya laboratoriyasının müdiri b.ü.f.d. Qriqoryeva  Valentinanın həmmüəllifi olduqları “Qızmeydan palçıq vulkanının bəzi bitkilərinin tozcuqlarının morfologiyası (Azərbaycan Respublikası)” adlı məqaləsi “Rusiya elmlər akademiyası” nəşriyyatının “Russian Science Citation İndex və Scopus” bazasına daxil olan “Ботанический журнал” adlı jurnalında nəşr olunub. Elmi araşdırma Azərbaycan Respublikasının Şamaxı rayonu ərazisində Qızmeydan palçıq vulkanının flora və bitki örtüyünün, həmçinin palçıq vulkanı zonasından kənarda müqayisəli tədqiqi, ərazinin əsas növlərinin palinomorfologiyası və morfologiyasından bəhs edir. Tədqiqatın məqsədlərindən biri əlverişsiz böyümə şəraitinin tozcuqların keyfiyyətinə təsirini qiymətləndirməkdir.

Ş.İsayeva palinoloji tədqiqatları əməkdaşlıq memorandumu çərçivəsində Rusiya Elmlər Akademiyasının V.L.Komarov adına Botanika İnstitutunda ezamiyyətdə olarkən institutun Palinologiya laboratoriyasında aparıb.