Arxiv
Gənc alimlərin beynəlxalq payız məktəbi tədbiri başa çatıb
09.11.2023

8-9 noyabr tarixində AR ETN Botanika İnstitutunun təşkilatçılığı ilə keçirilən "Heydər Əliyev ili"nə həsr edilmiş gənc alimlərin beynəlxalq payız məktəbi çərçivəsində Böyük Qafqaz cənub-şərqinə ekspedisiya təşkil olunub.
Ekspedisiya zamani meşə ekosistemlərinə baxış keçirilib. Botanika İnstitutunun alimləri tərəfindən gənc bioloqlara və xarici qonaqlara meşə massivində əsas məşə əmələ gətirən (fıstıq, palıd və vələs) bitkilər, nadir və itmə təhlükəsində olan növlər, bitki və göbələk müxtəlifliyinin mövsümü dəyişikliyi haqqında məlumat verilib.
Sonda Şamaxı səhərində Zəfər bayrami münasibətilə gənc alimlərə banket təşkil olunub və tədbirə yekun vurulub.