Arxiv
“Azərbaycan florası” adlı çoxcildliyi nəşr olunacaq
14.02.2024

Ölkəmizdə ilk dəfə olaraq azərbaycan dilində “Azərbaycan florası” adlı çoxcildliyi nəşr olunacaq.

Bu barədə AZƏRTAC-a müsahibəsində Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva məlumat verib. Professor bildirib ki, artıq həmin kitabın nəşrə hazırlanması üçün müəyyən işlərə başlanılıb.

Özbəkistan, Çin, Böyük Britaniya, Türkiyə, Macarıstan və digər ölkələrin florası haqqında məlumatlar əldə olunub.

Əvvəllər Azərbaycan florasında 4 min 200 bitki növü qeydə alınmışdır. Son illərdə aparılmış elmi-tədqiqatlar nəticəsində yeni bitki növləri də tapılıb. Beləliklə, Azərbaycan florasında artıq bitki növlərinin sayı 4 min 700-dən çoxdur.

On cilddən ibarət nəşr olunacaq “Azərbaycan florası”nda qeydə alınmış bütün bitki növləri haqqında məlumatlar veriləcək. Bu çoxcildlik Azərbaycan elmi, xüsusilə botanika elmimiz üçün dəyərli mənbə olacaq.

https://azertag.az/xeber/azerbaycan_florasi_adli_choxcildliyi_nesr_olunacaq-2922124