Arxiv
Botanika İnstitutunun doktorantı Elgün Mustafabəylinin ilkin müzakirəsi keçirilib
29.02.2024

AR ETN Botanika İnstitutunda Mikologiya və ibtidai bitkilər şöbəsinin doktorantı Elgün Mustafabəylinin 2430.01 – “Mikologiya” ixtisası üzrə “Azərbaycan Respublikası Şəki rayonu ərazisində rast gəlinən papaqlı göbələklərin növ müxtəlifliyi və bioekoloji xüsusiyyətləri” mövzusunda dissertasiya işinin şöbələrarası genişləndirilmiş ilkin müzakirəsi dinlənilib.

Elgün Mustafabəyli çıxışında ərazidən toplanılıb təyin edilmiş 155 taksa haqqında, onların taksonomik strukturu, ekoloji qrupları, hündürlüyə və mövsümə görə paylanması kimi xüsusiyyətləri haqqında ətraflı məlumat verib. Yeməli və zəhərli göbələklər, onların əhəmiyyəti, “Qırmızı Kitab”ın III nəşrinə daxil olmuş növlər haqqında çıxış edib.

Sonda geniş müzakirə aparılıb, iddiaçı verilən bütün sualları ətraflı cavablandırıb və edilən təklifləri nəzərə alacağını bildirib.