Arxiv
Bakı Dövlət Universitetinin tələbələri Botanika İnstitutunda təcrübə keçirlər
04.03.2024

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin IV kurs tələbələri Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda istehsalat təcrübəsinə başlayıblar. 

BDU tələbələri İnstitutun mütəxəssislərinin müşayiətilə institutun şöbə və laboratoriyalarında həyata keçirilən elmi-tədqiqat işləri və müasir avadanlıqlarla yaxından tanış olur, nəzəri və praktiki biliklərə yiyələnirlər. Onlara herbarinin hazırlanması və saxlanılması, bitkilərdən bioloji fəal maddələrin alınması, həmçinin etnobotanika və fitointroduksiyaya aid yeni metodlar öyrədilir.

Təcrübə müddəti martın 16-dək davam edəcək.