Arxiv
Botanika İnstitutunun baş direktoru Səyyarə İbadullayevaya ADPU-nun 100 illik yubiley medalı təqdim olunub
15.03.2024

AR Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun baş direktoru Səyyarə İbadullayeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubiley medalı ilə təltif olunub.

Təqdimat mərasimi Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin bir sıra elmi institutlarının rəhbərlərinin iştirakı ilə keçirilib. Medalı ADPU-nun rektoru, professor Cəfər Cəfərov  təqdim edib.  

Professor S.İbadullayeva göstərilən diqqətə görə Elm və Təhsil Naziri Emin Əmrullayevə, ADPU-nun rektoru professor Cəfər Cəfərova, Kimya və biologiya fakültəsinin dekanı Reyhan Ağayevaya xüsusi minnətdarlığını bildirib, müəllifi olduğu “Xalq təbabətinin unudulmuş reseptləri (Qərbi Azərbaycan, Şərqi Zəngəzur və Qarabağ icmalarının yaddaşlarından)” adlı kitabını ADPU-ya hədiyyə edib.