Arxiv
Botanika İnstitutunun əməkdaşları Bakı Modern Təhsil Kompleksində olublar
22.04.2024

AR ETN Botanika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məhsəti Qurbanova, mütəxəssis Nigar Ağayeva, Ali bitkilərin ekologiyası və coğrafiyası laboratoriyasının elmi işçisi Səbinə Hacıyeva və Geobotanika şöbəsinin kiçik elmi işçisi Ləman Babayeva Bakı Modern Təhsil Kompleksində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən “THINK GREEN, GO GREEN” yaşıllaşdırma aksiyasında iştirak ediblər.

Bakı Modern Məktəbinin ingilis dili müəllimi Günay Nadirovanın rəhbərliyi ilə təşkil olunan aksiya, kompleksdə yaradılan “GREEN CLUB”-ın açılışı ilə başlayıb.

Tədbirdə şagirdlər dibçəklərə müxtəlif növ güllər əkiblər. Şagirdlərlə yaşıllığın bərpası və artırılması, su ehtiyatlarından səmərəli istifadə, ətraf mühitin mühafizəsi kimi mövzularda müzakirələr aparılıb.

Sonda tədbir iştirakçılarına sertifikat təqdim olunub.