Arxiv
Botanika ixtisası üzrə dissertasiya işi Elmi seminarda müzakirə olunub
29.04.2024

Aprelin 29-da ETN Botanika İnstitutunun nəzdindəki ED 1.26 Dissertasiya şurasının tərkibində yaradılmış Elmi Seminarın iclasında Gəncə Dövlət Universitetinin dissertantı Lilpar Nəsrəddin qızı Verdiyevanın 2417.01 -“Botanika” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin müzakirəsi keçirilib. “Kiçik Qafqazın şimal-şərq hissəsinin qıjıkimilərinin (Pteridophyta) sistematikası və bioekoloji xüsusiyyətləri” mövzusunda təqdim edilən dissertasiya işinin elmi rəhbəri Botanika İnstitutunun Ali bitkilərin sistematikası və filogeniyası şöbəsinin müdiri, b.e.d. Aydın Əskərovdur. L.Verdiyeva dissertasiyasının əsas müddəalarını ətraflı şərh edib və mövzu ətrafında geniş müzakirələr aparılıb. Şura üzvləri iddiaçıya öz təkliflərini bildirərək işin mövzusunun müasirliyini, aktuallığını, elmi və praktiki əhəmiyyətini qeyd ediblər. Səsvermənin nəticəsinə əsasən Lilpar Verdiyevanın dissertasiya işinin əsas müdafiəyə buraxılması haqqında qərar qəbul edilib.