Arxiv
Botanika İnstitutunun əməkdaşları “Yaşıl dünya naminə” mövzusunda Bitki Sağlamlığı Forumunda iştirak ediblər
22.05.2024

Botanika İnstitutunun əməkdaşları, biologiya üzrə fəlsəfə doktorları Nuri Mövsümova, Nigar Mürsəl qızı və Yusif Zeynalov Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumunda iştirak edib.
Forumun məqsədi bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərdən qorunması, mövcud zərərvericilərə qarşı mübarizə və onların idarə olunması yolu ilə bitki sağlamlığının möhkəmləndirilməsi, bitki və bitkiçilik məhsullarının istehsalı və təhlükəsiz ticarətinin genişləndirilməsi, qlobal ərzaq təhlükəsizliyinin və biomüxtəlifliyin qorunması üçün milli bitki sağlamlığı qurumları, regional və beynəlxalq təşkilatlar, dövlət qurumları, universitetlər və istinad laboratoriyaları üçün əməkdaşlıq platformasının təmin edilməsidir.