AR ETN Botanika İnstitutunun Bitki ehtiyatları şöbəsinin əməkdaşları Lənkəran rayonunda ekspedisiyada olublar.
Tematik plana uyğun həyata keçirilən ekspedisiyanın məqsədi mövsümi yay bitkilərinin yayılma yerlərinin müəyyən edilməsi, herbarilərin hazırlanması, rast gəlinən fitosenozların tərkibindəki bitkilərin təyin olunması, öyrənilən bitkilərin fitokimyəvi tərkibləri və antimikotik xassələrinin öyrənilməsi olub.
Tədqiqatlar seçilmiş marşrut üzrə Lənkəran rayonunun Xanbulan, Qurunba, Mamusta, Sərin bulaq, Talışlı, Üzümçülük, Vələdi, Ürgə, Təngivan, Mollakənd, Parakənd, Separadi, Kosalar kəndləri ərazilərini əhatə edib. Çöl şəraitində toplanan bitki xammalı laborator analizlər üçün İnstituta gətirilib.