Arxiv
Botanika İnstitutunun əməkdaşları beynəlxalq tədbirdə ekspert qismində iştirak ediblər
27.09.2024

AR ETN Botanika İnstitutunun əməkdaşları biologiya üzrə fəlsəfə doktorları Nuri Mövsümova və Nigar Mürsəl qızı beynəlxalq tədbirdə ekspert qismində iştirak ediblər.

Tədbir Qafqaz üçün Ekoregional Mühafizə Planı (ECP 2020) və Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) sənədinin biomüxtəliflik və iqlim dəyişmələri perspektivindən təhlilinin nəticələrinə həsr edilib.

Tədbirdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasından (UNFCCC) və Bioloji Müxtəliflik haqqında Konvensiyasından irəli gələn aktual məsələ – Cənubi Qafqaz regionunda biomüxtəliflik və iqlim dəyişmələri arasında qarşılıqlı əlaqəni öyrənmək, qlobal səviyyədə əhəmiyyətini təsvir etmək məqsədilə Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr sənədinin yenilənməsi fəaliyyəti, bu sənəd üzrə aparılmış təhlillərin nəticələrinə ümumi baxış və Ekoregional Mühafizə Planı sənədi üzrə təhlillərin ümumi nəticələrinin müzakirəsi aparılmışdır.