Arxiv
Botanika İnstitutunun əməkdaşı Şirvan Milli Parkında olub
07.10.2024

Biomorfologiya  və  fitointroduksiya  şöbəsinin aparıcı elmi işçisi, dosent  Ceyran  Nəcəfova Alman Səfirliyinin  dəvəti ilə Şirvan  Milli Parkinda təşkil olunmuş tədbirdə iştirak  edib. Tədbir Şirvan Milli Parkında ceyranların müşahidə məntəqəsinin istifadəyə verilməsi münasibətilə keçirilib.

Tədbirdə Almaniya səfirinin müavini Heiko Şvarz, layihə rəhbəri Harmut Müller, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev, tədqiqatçılar və tələbələr iştirak ediblər.

Əvvəlcə qonaqlara park və burada yaradılan ekoturizm mərkəzi haqqında məlumat verilib. Vurğulanıb ki, Almaniya-Azərbaycan arasındakı münasibətlər yüksələn xətt üzrə inkişaf etdiyi üçün səfirlik tərəfindən çoxsaylı layihələr həyata keçirilib. Yenicə tikilərək istifadəyə verilən ceyranların müşahidə məntəqəsi də bu layihənin tərkib hissəsidir. İndi həmin müşahidə məntəqəsindən ceyranları daha yaxından izləmək mümkün olacaq.

Sonda qonaqlar yenicə istifadəyə verilmiş ceyranların müşahidə məntəqəsinə baş çəkiblər.