Botanika İnstitutunun Alqologiya və lixenobriologiya laboratoriyasının müdiri, b.ü.f.d., dosent Şəkər Muxtarova CBC Azərbaycan televiziya kanalına müsahibə verib. Müsahibədə Botanika İnstitutunun və Çelyabinsk Dövlət Universitetinin alimləri tərəfindən həyata keçirilən "Azərbaycanın xəzəryanı sahillərində karbon emissiyasını azaldan yosun biokultivatorlarının yaradılması" adlı layihə üzrə işlər haqqında məlumat verilib. Qeyd olunub ki, layihə çərçivəsində Xəzər dənizində (Azərbaycan hüdudlarında) yayılmış yosun növünün tədqiqi və laborator tədqiqatlarının fasiləsizliyinin təmin olunması üçün yosun kolleksiyasının yaradılması və sənaye-məişət obyektlərində, açıq ərazilərdə karbon qazının konsentrasiyasını azaltmaq, becərilməsi üçün biotexnologiyanın və akvakultura sahəsində yosunlardan alınan məhsulların istifadəsi texnologiyasının öyrənilməsi əsas məqsəd kimi qarşıya qoyulmuşdur. Azərbaycanın regionları üzrə istixana qazlarının emissiyalarının kompensasiya edilməsi, şirin və dəniz sularının təmizlənməsində yosunlardan istifadə edilməsi planlaşdırılır.
Каспийская экология: Биокультиваторы водорослей как средство борьбы с изменением климата
Каспийская экология: Биокультиваторы водорослей как средство борьбы с изменением климата