Oktyabrın 11-də AR ETN Botanika İnstitutunun nəzdindəki ED 1.26 Dissertasiya şurasının tərkibində yaradılmış Elmi seminarın iclasında AR ETN Botanika İnstitutunun doktorantı Şəbnəm Qədir qızı İsayevanın 2417.01 -“Botanika” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Şamaxı-Qobustan rayonunun palçıq vulkanlarının florası, bitkiliyi və bəzi növlərinin palinologiyası” mövzusunda təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçirilib. Təqdim edilən dissertasiya işinin elmi rəhbəri biologiya elmləri doktoru, professor Şakir Nəbi oğlu Qasımovdur. Ş. İsayeva dissertasiyasının əsas müddəalarını ətraflı şərh edib və mövzu ətrafında geniş müzakirələr aparılıb. Şura üzvləri iddiaçıya öz təkliflərini bildirərək işin mövzusunun müasirliyini, aktuallığını, elmi və praktiki əhəmiyyətini qeyd ediblər. Səsvermənin nəticəsinə əsasən Ş. İsayevanın dissertasiya işi əsas müdafiəyə buraxılması haqqında qərar qəbul edilib.