23-24 noyabr tarixlərində AR ETN Botanika İnstitutunun əməkdaşları dosent Ələddin Qədimov, Gülnarə Babayeva, Gülnar Sultanova, Sevil Dadaşova, Sədaqət Rəsulova, elmi işçi Fidan Ələskərova “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən təqdim olunmuş “Tuqay meşələrinin karbontutma potensialının qiymətləndirilməsi, meşə ekosisteminin bərpası” layihəsi çərçivəsində keçirilən təlimdə iştirak ediblər.
Bakı Dövlət Universitetində təşkil olunan təlimdə iştirakçılara yerli və beynəlxalq ekspertlər tərəfindən meşələrdə karbontutma potensialının qiymətləndirilməsi üzrə nəzəri və praktiki təlim keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda iştirakçılar sertifikatla təltif olunublar.
Qeyd edək ki, təqdim edilən layihə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə QHT-lər üçün həyata keçirilən “COP29-la bağlı beynəlxalq təşəbbüslər” müsabiqəsi çərçivəsində icra olunur.