Arxiv
Botanika İnstitutunda Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbir keçirilib
28.02.2025

AR ETN Botanika İnstitutunda 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbiri İnstitutun Mülki Müdafiə Qərargahının rəisi Nazim Xəlilov açaraq, “Mülki müdafiə - əhalinin təhlükəsizliyinin təminatıdır” mövzusunda çıxış edib.

O, məruzəsində FHN-nin əhalinin fövqəladə hallardan qorunması və mülki müdafiə sahəsində fəaliyyətləri haqqında danışaraq mülki müdafiənin məqsədi, təşkili prinsipləri, mülki müdafiə sahəsində dövlətin, hüquqi şəxslərin və sıravi  vətəndaşların hüquq və vəzifələrinə toxunub. Qeyd edib ki, baş verə biləcək hər hansı bir kütləvi təhlükə zamanı əhalinin xəbərdar edilməsi, on­lara fərdi mü­hafizə vasitələrinin paylanılması və təhlükəsiz sığınacaqlarda yerləşdiril­məsi Mülki Mü­dafiənin başlıca vəzifəsidir.