AR ETN Botanika İnstitutunda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Tədbiri İnstitutun baş direktoru, professor Səyyarə İbadullayeva açaraq müəssisənin xanım əməkdaşlarını əlamətdar gün münasibətilə təbrik edib. Professor qadınların cəmiyyətdəki rolundan, Azərbaycan qadınlarının ictimai-siyasi və elm sahəsində əldə etdiyi nailiyyətlərindən bəhs edib.
Tədbirdə Geobotanika şöbəsinin əməkdaşı Ayna Abdullayevanın 70 illik yubileyi qeyd olunub. S.İbadullayeva yubilyarı kollektiv adından təbrik edib, ona möhkəm can sağlığı, uğurlar arzulayıb.
Sonda İnstitutun Birləşmiş Həmkarlar Komitəsi tərəfindən 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə qadın əməkdaşlara hədiyyə kartları təqdim edilib.