Arxiv
Bakı Türk Anadolu Liseyinin şagirdləri Botanika İnstitutunda olub
16.04.2025

Bakı Türk Eytim Müşavirliyi nəzdində olan Bakı Türk Anadolu Liseyinin şagirdləri AR ETN Botanika İnstitutunu ziyarət ediblər. Biologiya müəllimi Ayşe İlerinin koordinatoru olduğu “Etnobotanika layihəsi” çərçivəsində liseyin 10-cu sinif şagirdlərinə biologiya fənninə maraqlarının artırılması məqsədilə açıq dərs təşkil olunub. Məktəblilərə İnstitutun mütəxəssisləri tərəfindən  Azərbaycan florasına aid endem, nadir və dərman bitkilərinin, o cümlədən ibtidai bitkilərin təbii yayılma əraziləri, əhəmiyyəti, mühafizə problemləri barədə ətraflı məlumat verilib. Herbari Fondunda saxlanılan nüsxələr, Botanika Muzeyində nümayiş olunan eksponatlar məktəblilərdə böyük maraq yaradıb.