Arxiv
Botanika İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib
21.04.2025

AR ETN Botanika İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib.

İclasda İnstitutun rəhbərliyi, Elmi şura üzvləri, şöbə və laboratoriya müdirləri, əməkdaşları iştirak edib.

Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn məsələlərin icrası ilə bağlı zəruri addımların atılacağını diqqətə çatdırıb. Həmçinin İnstitutun fəaliyyətinin effektivliyini artırmaq və elmi mühitin inkişaf etdirilməsi üçün bir sıra təklif və tapşırıqlar verib.

Sonda gündəlikdə olan digər məsələlər müzakirə edilib