AR ETN Botanika İnstitutunda Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyinin növbəti iclası keçirilib.
İclasda cəmiyyətin sədri, b.e.d., professor Səyyarə İbadullayeva gündəlikdə duran məsələlərlə iştirakçıları tanış edib. Cəmiyyətin gələcək fəaliyyətinə dair müzakirələr aparılıb və maliyyə məsələləri ilə bağlı 3 illik hesabat üzvlərin diqqətinə çatdırılıb.
Sonda ABCİB-nin həmsədri, b.e.d., professor Şakir Qasımov, Naxçıvan MR üzrə müavini, akademik, b.e.d., professor Tariyel Talıbov və Gəncə üzrə müavini AMEA - nın müxbir üzvü, b.e.d., professor Vaqif Novruzov təklif və tövsiyələrlə çıxış ediblər.