Arxiv
Botanika İnstitutunun Birləşmiş Həmkarlar Komitəsi gəzinti təşkil edib
30.05.2025

AR ETN Botanika İnstitutunun Birləşmiş Həmkarlar Komitəsinin təşkilatçılığı ilə İnstitutun əməkdaşları üçün Şamaxı şəhərinə bir günlük gəzinti təşkil olunub. Komitənin sədri Şəkər Muxtarovanın rəhbərliyi ilə təşkil olunan gəzinti zamanı kollektiv Diri Baba türbəsini, Pirsaat Baba ziyarətgah-məscid kompleksini ziyarət edib, N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında olublar. Həmçinin əməkdaşlar açıq təbiətdə ekskursiya və müxtəlif əyləncəli oyunlar həyata keçiriblər.

Gəzinti nahar qonaqlığı ilə başa çatıb.