Arxiv
“Orqanik və Dayanıqlı Kənd Təsərrüfatı: Ekoloji tarazlıq və dayanıqlı inkişaf” I Respublika Elmi konfransı keçirilir
05.06.2025

Naxçıvan Dövlət Universiteti, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi, AR ETN Botanika İnstitutu, AR ETN Genetik Ehtiyatlar İnstitutu, AR KTN Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının (APEPEA) birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində “Orqanik və Dayanıqlı Kənd Təsərrüfatı: Ekoloji tarazlıq və dayanıqlı inkişaf” I Respublika Elmi konfransı keçirilir.
Konfransın əsas müzakirə mövzusu “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda kənd təsərrüfatı istiqamətində yer alan orqanik məhsulların təbliği olmuşdur.
Konfransın plenar iclasında Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Rafail Quliyev və Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev, ARETN Botanika İnstitununun baş direktoru professor Səyyarə İbadullayeva, AR KTN Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov, ARETN Genetik Ehtiyatlar İnstitutununun baş direktoru AMEA-nın müxbir üzvü Zeynal Əkbərov və Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının (APEPEA) İdarə Heyətinin sədri Mürvət Həsənli çıxış etdiblər.
Konfransa ölkəmizin, Türkiyənin, Norveçin müxtəlif ali təhsil, elmi-tədqiqat və tətbiqi yönümlü müəssisələrindən ümumilikdə 26 təşkilat qoşulub. 172 elm adamı tərəfindən 108 elmi məqalə təqdim olunub.
Konfrans 04-05 iyun tarixlərində 4 əsas istiqamət üzrə təşkil olunmuş 4 paneldə davam etdiriləcəkdir. Bu panellərdə bitkiçilik və bitki mühafizəsi, biomüxtəliflik və vəhşi təbiətin qorunması, orqanik əkinçilik və heyvandarlıq, kənd təsərrüfatı obyektlərində makro və mikro çirkləndiricilər haqqında mövzular dinləniləcək.