Arxiv
Herbari şöbəsinin əməkdaşları ekspedisiyada olublar
12.06.2025

AR ETN Botanika İnstitutunun Herbari şöbəsinin əməkdaşları Tovuz, Gəncə, Samux rayonları ərazilərində ekspedisiyada olublar. Ekspedisiyanın məqsədi ərazidə yayılan çox sayda bitki növlərinin, yeni növlərin, yeni yayılma yerlərinin, həmçinin endemik və nadir, Qırmızı kitaba düşən növlərin əsaslı monitorinqinin aparılması olub.

Ekspedisiya nəticəsində Kiçik Qafqazın şimal-şərqində yerləşən bir neçə rayonun (Tovuz, Gəncə, Samux ) və bir neçə kəndlərin florası tədqiq edilmiş, bitkilər toplanılmış və identifikasiya edilmişdir.

Ekspedisiya  müddətində  Botanika İnstitutunun əməkdaşları Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Naxçıvan Dövlət Universitetinin bir qrup əməkdaşı ilə birgə Tovuz rayonunun Əsrik və Goranboy rayonunun Ağcakənd kəndləri ərazisində müştərək çöl tədqiqatları həyata keçiriblər. Ərazidə yayılan bitki növlərinin monitorinqi aparılıb, 2 növ (Filago pyramidata L., Glechoma hederacea L.) üçün yeni yayılma arealı müəyyən edilib.