Arxiv
Botanika İnstitutunun əməkdaşı beynəlxalq təlimləri bitirib
23.06.2025

AR ETN Botanika İnstitutunun əməkdaşı, Ali bitkilərin ekologiyası və coğrafiyası laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Nərmin Sadıqova Coğrafi İnformasiya Sistemlərinin təsisçisi olan, ArcGIS proqram məhsulları ilə bütün dünyada tanınan Amerika şirkəti ESRI-nin (ESRI Training – MOOC) təqdim etdiyi “GIS for Climate Action” və “Going Places with Spatial Analysis” adlı online təlimlərdə iştirak edib. N.Sadıqaova 6 həftəlik tədris vaxtını uğurla başa vurub və ESRI şirkətinin prezidenti Jack Dangermondun imzaladığı 2 sertifikatla təltif edilib.

N.Sadıqova UC Davis Universitetinin (Kaliforniya ştatı) Geoməkan Məlumatları üzrə mütəxəssisi Erik Hovard tərəfindən keçirilən “Geospatial Analysis with ArcGIS” və Toronto Universitetinin (Kanadada) GIS üzrə tədris mütəxəssisi Don Boyes tərəfindən keçirilən “Introduction to GIS Mapping” təlimində, eləcə də proqramlaşdırma və informasiya texnologiyaları üzrə təlimlər keçən Packt (Birləşmiş Krallıq) şirkətinin “Satellite Remote Sensing Data Bootcamp With Opensource Tools” adlı təlimində iştirak edərək müvafiq qeydiyyatlı sertifikatlar əldə edib.

(https://www.esri.com/training/TrainingRecord/Certificate/gismanstudent3/66ad2afe11118c03cb12434d/-240)

(https://www.esri.com/training/TrainingRecord/Certificate/gismanstudent3/678299769892fa001368b05e/-240)

(https://coursera.org/verify/4UGHM4Y9615L)

(https://coursera.org/verify/IQZ4DMCYXBAR)

(https://coursera.org/verify/F2FKUN2H3ROM