Arxiv
Botanika İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib
24.06.2025

AR ETN Botanika İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib. Elmi şuranın sədri, İnstitutun baş direktoru professor Səyyarə İbadullayevanın sədrliyi ilə keçən iclasda İnstitutun şura üzvləri, şöbə və laboratoriya müdirləri və əməkdaşları iştirak ediblər.

İclasda professor S.İbadullayeva Botanika İnstitutunun Eksperimental botanika şöbəsinin aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Rəna Qəniyevanı 80 illik və Bitki ehtiyatları şöbəsinin baş elmi işçisi, biologiya elmləri doktoru Lətafət Mustafayevanı 70 illik yubileyi münasibəti ilə təbrik edib, onlara uzun ömür, möhkəm cansağlığı arzu edib.

Sonra şöbə və laboratoriyaların 2025-ci ilin I yarımili üçün elmi fəaliyyətinə dair hesabatları dinlənilib, cari ildə yerinə yetirilən işlər, elmi nəticələr, çap olunan elmi əsərlər, ekspedisiyalar, ezamiyyətlər, elmi kadrların hazırlanması və s. haqqında məlumat verilib.

Sonda hesabatlar məqbul hesab olunub. Professor S.İbadullayeva növbəti yarımildə görülməsi nəzərdə tutulan elmi işlər haqqında müəyyən tövsiyələrini verib.

İclas gündəlikdə olan digər məsələlərin müzakirəsi ilə başa çatıb.