AR ETN Botanika İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva və İnstitutun elmi katibi, biologiya üzrə fəlsəfə doktoru, dosent Nigar Mürsəl qızı Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2025) açılış mərasimində iştirak edib.
BCAW 2025 London İqlim Həftəsi ilə tərəfdaşlıq çərçivəsində keçirilir və COP29-un yaratdığı dinamikanı davam etdirərək Bakı İqlim Həftəsini iqlim həlləri icmasının əsas regional toplantısı kimi möhkəmləndirməyi hədəfləyir.
Azərbaycanın COP29-a ev sahibliyi etdiyi ərəfədə keçirilmiş birinci Bakı İqlim Fəaliyyəti Həftəsinin uğura imza atmasından sonra paytaxt Bakı şəhəri 2025-ci il sentyabrın 29-dan oktyabrın 3-nə kimi BİFH2025-in ikinci toplantısına da ev sahibliyi edəcək.
Qeyd edək ki, dünyanın müxtəlif yerlərində təşkil olunan iqlim fəaliyyəti həftələri beynəlxalq iqlim diplomatiyasına yeni nəfəs verməklə yanaşı, iqlim fəaliyyətinin həm yerli, həm də regional müstəvidə həyata keçirilməsinə diqqəti yetirilməsini zəruri etmişdir.