AR ETN Botanika İnstitutunda Türkiyə Dokuz Eylül Universitetinin, Biokimya şöbəsinin professoru Dr. Levent Çavaşın təqdimatında “Mövcud problemlər antifouling boyalar və biosidlər” adlı elmi seminar keçirilib.
İnstitut əməkdaşlarının iştirakı ilə keçən seminarda L. Çavaş qeyd edib ki, çirklənmə dəniz nəqliyyatında enerji itkisinə, iqtisadi zərərə və ekoloji vəziyyətin dəyişilməsinin əsas mənbələrindən sayılır. Antifouling texnologiyalarının inkişafı bu problemlərin azaldılmasında mühüm rol oynayır. Alim vurğulayıb ki, gələcək tədqiqatlarda nanomaterialların, bioaktiv təbii maddələrin və ekoloji təmiz örtüklərin alınması həm effektiv, həm də davamlı həll yollarını özündə cəmləşdirir.
Mövzu iştirakçılar tərəfindən maraqla qarşılanıb, suallar ətrafında geniş müzakirələr aparılıb.