Arxiv
Azərbaycanın florası digər Cənubi Qafqaz respublikalarından daha zəngindir
10.07.2025

Nigar Mürsəl qızı: Ekspedisiyalar nəticəsində əldə olunmuş məlumatlar tezliklə nəşri gözlənilən “Qarabağ florası” adlı kitabda əks olunacaqdır.

-Azərbaycan florasını necə xarakterizə edərdiniz?

-Azərbaycan Cənubi Qafqazda ən böyük ölkədir və florasının zənginliyi, rəngarəngliyi ilə fərqlənir. Azərbaycan florasında 4500-dən çox ali bitki növü yayılmışdır. Bu, bütövlükdə Qafqaz florasının 70%-dən çoxunu təşkil edir. Bu biomüxtəlifliyin zəngin olmasına səbəb respublikamızın təbii və fiziki-coğrafi şəraitinin müxtəlifliyi ilə əlaqəlidir. Belə təbii şərait floranın endemik növlərinin də çox olmasına səbəb olmuşdur. Hazırda sərhədlərin açıq olması, turist axını, iqlim amillərinin təsiri nəticəsində onların sayı azalmışdır. Ümumilikdə floramızda 950 Qafqaz endemikinin olması ölkəmizin yüksək unikallığının göstəricisidir. Azərbaycan ərazisində endemizmin qaynar nöqtələri Talış və Naxçıvan ərazisi hesab olunur. Ölkəmizin təbii dendroflorasında 48 fəsilə və 135 cins üzrə 435 ağac və kol növü yayılmışdır.  Bunlardan 119 növ ağac, 316 növ isə kol bitkisidir. 70 növdən artıq endemik bitkilər vardır ki, bu da respublika dendroflorasının 16 faizi qədərdir.

Azərbaycan florasında  500-ə qədər qida, 1600-ə qədər dərman, 800-ə qədər aromatik, 150-dən çox texniki, 1500-dən çox boyaq bitkisi vardır.

Ətraflı linkdə:

https://ikisahil.az/post/597025-azerbaycanin-florasi-diger-cenubi-qafqaz-respublikalarindan-daha-zengindir-musahibe