Arxiv
Botanika İnstitutunda maarifləndirici tədbir keçirilib
27.11.2025

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli, 213 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”na uyğun olaraq, AR ETN Botanika İnstitutunda Qadınlar Şurasının təşkilatçılığı ilə “Gənclər arasında ailənin əhəmiyyəti, erkən nikahın və qohum evliliyinin mənfi nəticələri” adlı maarifləndirici tədbir keçirilib.

Tədbirdə Botanik İnstitutunun Qadınlar Şurasının sədri, dosent Aygün Məmmədova, Herbari şöbəsinin müdiri, dosent Pərvanə Qaraxani, Təhsil şöbəsinin müdiri, dosent Kəmalə Əsədova və elmi katib, dosent Nigar Mürsəl qızının erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirici çıxışları dinlənilib. Gənclərin ailə dəyərləri, erkən və qohum nikahları, təhsildən yayınma halları barədə maarifləndirilməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, erkən nikah və qohumlar arasında nikah halları Azərbaycanda aktual ailə problemlərindən biridir. Bu halların baş verməsi bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara, anadangəlmə qüsurlu uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur.