Arxiv
Türkiyəli alimlər Botanika İnstitutunda olublar
13.02.2026

Türkiyənin Balıkesir Universitetinin Necatibey Təhsil Fakültəsinin Biologiya Təhsili kafedrasının əməkdaşları professor Dr. Tuncay Dirmenci və professor Dr. Bayram Yıldız Botanika İnstitutu PHŞ-də olublar.

Səfərin məqsədi “Türkiyənin İllüstrasiyalı Florası” nəşri çərçivəsində Azərbaycan və sərhəd ölkələrin florasına aid herbari nümunələri üzərində araşdırmalar aparmaq və həmin nümunələri Türkiyə florasında mövcud olan bitki növləri ilə müqayisəli şəkildə təhlil etmək olub.

Qonaqlar üç gün müddətində Herbari Fondunda saxlanılan Asteraceae, Lamiaceae, RosaceaeFabaceae fəsilələrinə aid nümunələr üzərində sistematik araşdırmalar aparıb. Həmçinin Azərbaycan və Qafqaz florasına aid Stachys, Satureja, Thymus, Cirsium, Crataegus Onobrychis cins nümunələrini ətraflı təftiş ediblər.