Arxiv
Botanika İnstitutunda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
06.03.2026

AR ETN Botanika İnstitutunda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə institutun rəhbərliyi, şöbə və laboratoriya müdirləri, gənc alim və mütəxəssislər iştirak ediblər.
Tədbiri İnstitutun direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva açaraq müəssisənin xanım əməkdaşlarını əlamətdar gün münasibətilə təbrik edib, onlara cansağlığı və işlərində uğurlar arzulayıb. Professor Botanika İnstitutunun fəaliyyətində xanım əməkdaşların rolunu və onların elmi nailiyyətlərini xüsusi qeyd edib.
Tədbirdə biologiya üzrə elmlər doktoru, professor Aydın Əsgərov, biologiya üzrə fəlsəfə doktorları Aygün Məmmədova, Sadıq Qarayev və Nigar Mürsəl qızı çıxış ediblər.
Sonda bir sıra xanım əməkdaşlara İnstitutunun təşkilati fəaliyyətində fəal iştirakına və əmək intizamına görə təşəkkürnamə təqdim olunub.