Arxiv
Zaqatala-Balakən ərazilərində etnobotaniki tədqiqatlar aparılıb
01.04.2026

AR ETN Botanika İnstitutunun Etnobotanika laboratoriyasının əməkdaşları tərəfindən Zaqatala-Balakən ərazilərində faydalı bitkilərin yeni istifadə imkanlarının aşkarlanması, flora və bitkiliyinin müasir vəziyyəti və biоеkоlоji-fitosenoloji və taksonomik təhlilinin aparılması məqsədilə ekspedisiya həyata keçirilib.

Ekspedisiya zamanı laboratoriya əməkdaşları tərəfindən əsasən Zaqatala Dövlət Təbiət Qoruğunun Mazimqara və Çayqarışan  əraziləri tədqiq edilib, əhali arasında etnobotaniki sorğular keçirilib, erkən yaz bitkilərindən – Asplenium adianthum-nigrum L. - Qara qamçılıca (Aspleniaceae), pulcuqlu latreya - Lathraea squamaria L. (Orobanchaceae), ətirli bənövşə - Viola odorata  L. (Violaceae), ağ bağambürcü - Viscum album L. (Santalaceae R.Br.), kaltayarpaq fikariya - Ficaria calthifolia Rchb.- (Ranunculaceae), Corydalis caucasica DC. (Papaveraceae) – Scilla siberica Andrews - Sibir novruzçiçəyi - Primula vulgaris, ziyilotu (dəmrovotu) - Chelidonium majus L.  (Brassicaceae) və s. toplanılaraq herbari nümunələri hazırlanıb, bütün lokalitetlərin GPS məlumatları qeydə alınıb.