Arxiv
Botaniklər floristik tədqiqatlar aparıb
06.04.2026

AR ETN Botanika İnstitutunun Herbari fondunun təşkili və rəqəmsallaşdırılması laboratoriyasının əməkdaşları Quba rayonu ərazisində ekspedisiyada olublar. Ekspedisiyanın əsas məqsədi erkən yaz florasına aid bitkilərin floristik, sistematik, coğrafi, ekoloji metodlarla öyrənilməsi, həmçinin Herbari fondunun zənginləşdirilməsi olub.

Quba rayonunun Qəçrəş, Xınalıq, Qamqam, Afurca, Səbətlər kəndləri və Şabran rayonunun Qalaaltı, Məşrif, Calğan, Qozağacı, Əmirxanlı kəndləri, Taxtakörpü su anbarı yaxınlığındakı ərazilərdə aparılan ekspedisiya zamanı ümumilikdə 178 bitki nümunəsi toplanılıb. Tədqiqatlar əsasən meşə, orta və subalp dağ qurşağı bitkiliyini əhatə edib.

Toplanmış herbari materialları üzərində müqayisəli-morfoloji təhlillər aparılıb, nümunələrin identifikasiyası həyata keçirilib. Dəniz səviyyəsindən 2000 metrədək yüksəkliklərdə müxtəlif fəsilə və cinslərə aid bitki nümunələri qeydə alınıb.