Arxiv
Professor Dilzarə Ağayeva “Şəhərsalma və memarlıq ili”nə həsr olunmuş elmi seminarda çıxış edib
21.04.2026

AR ETN Botanika İnstitutunun Mikologiya laboratoriyasının müdiri biologiya elmləri doktoru, professor Dilzarə Ağayeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya və biologiya fakültəsində “Şəhərsalma və memarlıq ili”nə həsr olunmuş elmi seminarda çıxış edib.

Seminarda fakültənin rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Tədbiri dekan müavini dosent Bəsti Əsədova açaraq mövzunun aktuallığını vurğulayıb və bu istiqamətdə aparılan elmi müzakirələrin əhəmiyyətini qeyd edib.

Professor Dilzarə Ağayeva “Azərbaycanda mikoloji tədqiqatlar: sübutlar, boşluqlar və prioritetlər” mövzusunda məruzə ilə çıxış edərək ölkəmizdə mikologiya sahəsində aparılan araşdırmalar, mövcud problemlər və gələcək istiqamətlər barədə ətraflı məlumat verib.

Professor D. Ağayevanın təqdim etdiyi elmi nəticələr və məlumatlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Məruzəçiyə suallar səsləndirilib, aktual elmi məsələlər ətrafında müzakirələr aparılıb.

Sonda fakültənin dekanı dosent Reyhan Ağayeva professor Dilzarə Ağayevaya və seminar iştirakçılarına öz minnətdarlığını bildirib, belə seminarların fakültənin elmi və tədris fəaliyyətinə mühüm töhfə verdiyini qeyd edib.