Arxiv
Botanika İnstitutunun əməkdaşları Quba rayonunda ekspedisiyada olublar
24.04.2026

AR ETN Botanika İnstitutunun Landşaft memarlığı və iqlimləşdirmə laboratoriyasının əməkdaşları tərəfindən elmi-tədqiqat planına uyğun olaraq Quba rayonunun 5 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinə ekspedisiya təşkil olunub.

Ekspedisiya çərçivəsində Vladimirovka kəndi ətrafında şitil tədarükü aparılan ərazilərdə və meşə sahələrində müşahidələr həyata keçirilib. Aparılan tədqiqatlar nəticəsində 2 fəsilə, 3 cins, 3 növə aid ağac toxumları, həmçinin 14 fəsilə, 26 cins, 30 növə aid ağac, kol və ot bitkilərinin şitilləri Abşeron şəraitinə introduksiya edilib.

Toplanmış toxumlar və şitillər Botanika İnstitutunun Saray regional təcrübə məntəqəsinə gətirilib. Burada açıq sahədə ləklər hazırlanıb, torpaq becərilərək üzvi gübrə ilə zənginləşdirilib, toxumlar səpilib və müxtəlif bitki şitilləri əkilib. Əkilən nümunələr etiketlənərək nömrələnib və suvarma işləri aparılıb.

Hazırda Saray regional təcrübə məntəqəsində introduksiya olunmuş bitkilər üzərində elmi-tədqiqat işləri davam etdirilir.