AR ETN Botanika İnstitutunda 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Botanika İnstitutunun direktor vəzifəsini icra edən, professor Səyyarə İbadullayeva çıxış edərək bildirib ki, 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublikanın elan olunması milli dövlətçilik tariximizin ən parlaq səhifələrindən biridir və bu əlamətdar gün ölkəmizdə böyük ehtiramla qeyd olunur.
Professor vurğulayıb ki, yenidən müstəqilliyinə qovuşmuş Azərbaycan bu gün qüdrətli dövlətə, beynəlxalq arenada söz və nüfuz sahibinə çevrilib. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizin müstəqilliyi, milli maraqları və beynəlxalq mövqeyi daha da gücləndirilir.
Tədbir zamanı S.İbadullayeva “WUF13 Urban Expo” çərçivəsində keçirilən “Urban Yaşıllıqlar və Landşaft Memarlığına Müasir Çağırışlar” adlı tədbirdə fəal iştiraklarına görə İnstitutun bir qrup gənc mütəxəssisinə təşəkkürnamələr təqdim edib.
Sonda professor Səyyarə İbadullayeva əməkdaşları qarşıdan gələn Qurban bayramı və 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib, möhkəm cansağlığı, uğurlar və fəaliyyətlərində yeni nailiyyətlər arzulayıb.