Arxiv
Botanika İnstitutunda Milli Qurtuluş Günü qeyd olunub
12.06.2026

AR ETN Botanika İnstitutunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Öncə Ümummilli Lider Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardından Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan institutun direktor vəzifəsini icra edən, professor Səyyarə İbadullayeva 15 İyun - Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki müstəsna rolundan bəhs edib. Professor qeyd edib ki, 1993-cü ildə ölkədə yaranmış mürəkkəb ictimai-siyasi vəziyyətdə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin qorunmasında, sabitliyin bərpasında və ölkənin inkişafında həlledici rol oynayıb. Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində ölkədə ictimai-siyasi sabitlik təmin olunub və Azərbaycanın beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə yüksəlib. Vurğulayıb ki, Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin ərazi bütövlüyünün tam bərpası, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri bunun bariz nümunəsidir.

Tədbirdə institut əməkdaşlarından biologiya üzrə fəlsəfə doktorları dosent Aygün Məmmədova, dosent Sadıq Qarayev, Hilal İmanlı və Şəbnəm İsayeva çıxış edərək Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin möhkəmlənməsindəki rolundan danışıblar.

Tədbirin sonunda Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş olunub.