18 sentyabr AR ETN Botanika İnstitutu nəzdində fəaliyyət göstərən FD 1.26 Dissertasiya Şurasının iclasında Fədai Fəxrəddin oğlu Ələkbərovun 2417.01-“Botanika” ixtisasında biologiya elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Korçay Dövlət Təbiət Qoruğunun şibyə və mamırları, onların indikasiya xüsusiyyətləri” mövzusunda təqdim etdiyi dissertasiya işi müdafiə olunub.
Dissertasiya işinin elmi rəhbəri biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Vaqif Novruzovdur.
Rəsmi opponentləri biologiya elmləri doktoru, dosent Ənvər İbrahimov, biologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Məmmədova və biologiya üzrə fəlsəfə doktoru, dosent Mahilə Şahmuradovadır.
İddiaçı mövzunun aktuallığı, dissertasiya işində qarşıya qoyulan məqsəd və vəzifələr, işin elmi yeniliyi, habelə əldə edilən nəticələr haqqında şura üzvlərinə ətraflı məlumat verib.
Dissertasiya ətrafında geniş müzakirələr aparılıb, iddiaçı şura üzvlərinin suallarını cavablandırıb, opponentlərin tövsiyə və iradlarına münasibətini bildirib.
Keçirilən elektron səsvermənin nəticələrinə əsasən, Fədai Ələkbərova biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.