AR ETN Botanika İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan İnstitutun direktor vəzifəsini icra edən professor Səyyarə İbadullayeva gündəlikdə olan məsələlər haqqında şura üzvlərinə məlumat verib.
İclasda 2026–2027-ci tədris ili üçün doktoranturaya qəbul olunmuş doktorantlara elmi rəhbərlərin təyin edilməsi və dissertasiya mövzularının müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparılıb. Bununla yanaşı, bəzi doktorantların elmi rəhbərlərinin yenidən təyin olunması və dissertasiya mövzularının müəyyənləşdirilməsi nəzərdən keçirilib. Müdafiə etməmiş və təhsil müddəti 2016-cı ilə qədər başa çatmış doktorant və dissertantların doktorantura və dissertantura sıralarından xaric edilməsi məsələsi müzakirəyə çıxarılıb.
İclasda, həmçinin Botanika İnstitutunun laboratoriyalarında çalışan əməkdaşların beynəlxalq elmi bazalarda – Scopus və Web of Science indekslənən jurnallarda göstəriciləri nəzərdən keçirilib. Elmi nəşrlərin keyfiyyətinin artırılması, beynəlxalq elmi bazalarda institut əməkdaşlarının elmi nəticələrinin daha geniş təqdim olunmasının əhəmiyyəti vurğulanıb.
Gündəliyə daxil olan məsələlər ətrafında müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.