30 may 2024-cü il tarixində saat 11:00-da AR ETN Botanika İnstitutunda Mikrobiologiya İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.07 Dissertasiya şurasının iclasında “Mikologiya və ibtidai bitkilərin sistematikası” şöbəsinin kiçik elmi işçisi Elgün Mustafabəylinin 2430.01 – Mikologiya ixtisasında biologiya elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Azərbaycanın Şəki rayonunun papaqlı göbələklərinin müxtəlifliyi və bioekoloji xüsusiyyətləri” mövzusunda dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.