| Anadan olduğu yer | Quba şəh., Azərbaycan | ![]() |
| Təvəllüdü | 05 iyun, 1968 | |
| Bitirdiyi ali təhsil müəssisəsi | Bakı Dövlət Universiteti, biologiya fakültəsi | |
| Elmi dərəcəsi | Biologiya elmləri doktoru | |
| Elmi rütbəsi | Professor | |
| Namizədlik (PhD) dissertasiyasının mövzusu: - ixtisas şifri - ixtisasın adı - mövzunun adı |
03.00.05 (hazırda 2417.01) Botanika “Azərbaycanda ağac cinsləri traxeomikozlarını törədən göbələklərin biologiyası” | |
| Doktorluq dissertasiyasının mövzusu: - ixtisas şifri - ixtisasın adı - mövzunun adı |
2430.01 Mikologiya “Meşə ağaclarının göbələkləri, fitopatogen növlərin taksonomiyası və filogeniyası” | |
| Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı | 187 | |
| - xaricdə çıxmış elmi əsərlərinin sayı | 82 | |
| - beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı | 40 | |
| Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı | ||
| Kadr hazırlığı: - fəlsəfə doktorlarının sayı - elmlər doktorlarının sayı |
2 | |
| Əsas elmi nailiyyətləri | Ağayeva Dilzarə Nadir qızı 1997-ci ildən “Botanika” ixtisası üzrə biologiya elmləri namizədi (hazırda fəlsəfə doktoru) və 2014 cü ildə “Mikologiya” ixtisası üzrə biologiya elmlər doktoru elmi dərəcələrinə, 2025-ci ildə “Mikologiya” ixtisası üzrə professor elmi adına layiq görülmüşdür. O, ağac cinsləri ilə assosiasiyada olan, xüsusilə xəstəlik törədən göbələklərin öyrənilməsi sahəsində ixtisaslaşmışdır. 2002-2003-cü illərdə CAR-ın Milli Elm Fondunun layihəsi çərçivəsində Pretoriya Universitetində PostDok tədqiqatçı kimi “Azərbaycanda müxtəlif oduncaqlı ağaclarda məskunlaşan ofiostomatoid göbələklərin (Ascomycota) taksonomiyası” adlı layihə yerinə yetirmiş, elm üçün 3 yeni növ təsvir etmişdir (Aghayeva et al., 2004, 2005, Grobbelaar et al. 2009). Sonradan o bitki xəstəliklərinin törədiciləri olan göbələklərin tədqiqi istiqamətində müxtəlif layihələrin icraçısı və ya rəhbəri olmuşdur. Almaniyanın Tübingen Universitetində Alman Akademik Mübadilə Xidməti (DAAD) tərəfindən maliyyələşdirilmiş “Tuberculina növlərində konidiogenezin ultrastruktur tədqiqi və pas göbələklərində spermatiyanın genezisinin müqayisəsi” (2005) adlı fərdi layihə yerinə yetirmişdir (Aghayeva et al. 2006). “Azərbaycanda qarağacın holland xəstəliyi ilə yoluxmuş Ulmus spp. div. və şabalıd xərçəngi əlamətləri biruzə verən Castanea sativa -nın hazırkı vəziyyəti” (2005-2006) fərdi layihəsi UNESCO/Keizo Obuchi Research proqramının mükafatına layiq görülmüşdür (Aghayeva, Harrington 2008). Ukrayna Elm və Texnologiya Mərkəzinin (UETM) maliyyələşdirdiyi “Ətraf mühitin təhlükəsizliyi: Azərbaycanın bəzi oduncaqlı bitkilərinin göbələk assosiasiyalarının və xəstəlik törədicilərinin monitorinqi”, (2006-2008) və “Azərbaycanda şamları məhv edən qabıq böcəkləri (Coleoptera: Scolytidae) ilə assosiasiyada olan göbələklərin molekulyar öyrənilməsi” (2009-2010) sahələrarası layihələrinin rəhbəri olmuşdur. Layihələr qismən Azərbaycanda, qismən isə ABŞ-ın Ayova Universitetində yerinə yetirilmişdir. Bu layihələr bitki və böcəklərlə assosiasiyada olan ayrı-ayrı göbələk növlərinin morfoloji və molekulyar metodlarla taksonomik problemlərinin həllinə və patogen növlərin filogeniyasının araşdırılmasına yönəldilmişdir. Morfologiya, kulturada inkişaf, çoxalma tipi və DNT ardıcıllıqlarının müqayisəsinə əsasən elm üçün yeni növlər təsvir edilmişdir (Harrington et al. 2008, 2010, 2011). Son illər Azərbaycanda fəaliyyət göstərən Norveç Humanitar Təşkilatı tərəfindən “Cryphonectria parasitica xərçəngi və Şimali Azərbaycanda şabalıd istehsalına nəzarət” (2011) və Elmin İnkişaf Fondu (EİF) tərəfindən maliyyələşdirilmiş “Biomüxtəlifliyin qorunması: Azərbaycanın nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növlərinin statusunun qiymətləndirilməsi” (EİF-2010-1(1)) adlı ekoloji əhəmiyyətli layihələdə iştirak etmiş, həmçinin “Cryphonectria parasitica (Murrill) M.E.Barr. populyasiyasının tərkibinin tədqiqi və bioloji mübarizə üçün ötürülə bilən hipovirulentliyin effektivliyi” (EİF-2013-9(15)-46/29/3-M-10) adlı layihənin rəhbəri olmuşdur. Rəqabətli beynəlxalq təqaüd proqramları (DAAD, UNESCO), Almaniya, ABŞ, CAR, İsveçrə və İtaliya ilə birgə layihələr üzrə uzunmüddətli əməkdaşlıqlar tədqiqat işlərini molekulyar sistematika, populyasiya genetikası kimi DNT-analizləri tələb edən istiqamətlərdə aparmağa imkanlar açmışdır. O, xarici ölkələrdə çoxsaylı beynəlxalq mikoloji və botaniki konfrans, konqres (IBC, IMC, ICPP) və digər tədbirlərin (EPPO, FAO, ICCP, IUFRO) iştirakçısı olmuş və aidiyyəti üzrə təqdimatlar etmişdir. Botanika İnstitutu Publik Hüquqi Şəxsin Mikologiya laboratoriyasının rəhbəri kimi görülən işləri iki əsas tədqiqat istiqmətini birləşdirir: (1) mikro və makro-göbələklərin biomüxtəlifliyi və taksonomiyası, sahib bitkiləri və coğrafi yayılmasını ehtiva edən məlumat bazasının yaradılması; (2) bitki patogenləri, nadir, nəsli kəsilməkdə olan növlər və tibbi əhəmiyyətli göbələklər üzrə tədqiqatlar. Azərbaycanın unlu şeh göbələklərinin məlumat bazası tərtib edilmiş, 133 növ qeydə alınmışdır [Aghayeva, Abasova 2021]. Son illərdə 40-dan çox yeni göbələk növü barədə məlumat verilmişdir [Aghayeva et al. 2018, Mustafabayli, Aghayeva 2019, 2021]. Makrogöbələklər üzrə yeni tədqiqat istiqaməti olaraq göbələklərin bioloji aktiv maddələri və antimikrob xüsusiyyətləri araşdırılılır [Yusifova et al. 2025; Alimammadova Husuyeva et al. 2025]. Dəyişən iqlim şəraiti və artan antropogen təhlükələr fonunda əsas meşə əmələ gətirən ağac növlərinin göbələk patogenlərinin tədqiqinə daha çox diqqət yetirilir [Ağayeva 2023, Cornejo, Aghayeva, Beenken 2026]. | |
| Elmi əsərlərinin adları | Kitablar:
Məqalələr:
Cornejo C., Aghayeva D., Beenken L. (2026) The tree-parasitic fungus Cryphonectria carpinicola discovered on European chestnut and European hornbeam in Azerbaijan. EPPO Bulletin, 56(1): 1–6. https://doi. org/10.1111/epp.70069 Haelewaters D., Aghayeva D., de-Miguel S., Degtjarenko P. et al. (2026) Mapping the landscape of mycological organizations in Europe: where citizen science meets professional mycology. Biodiversity and Conservation, 35 (37) https://doi.org/10.1007/s10531-025-03219-2 Yusifova Y., tul-Wahab A., Choudhary I.M., Siddiqui M., Khan N., Atif M., Zafer H., Aghayeva D.N. (2025) Laetiporus sulphureus mushroom culture - source of secondary metabolites and catalyst for biotransformation of breast cancer drug exemestane. Steroids, 221:109647. doi: 10.1016/j.steroids.2025.109647 Yusifova Y.A., Aghayeva D.N. (2025) Taxonomic composition of macromycetes of Goygol National Park ın Azerbaijan. Chornomorski Botanical Journal, 21 (1): 31–40. https://doi.org/10.32999/ksu1990- 553X/2025-21-1-2 Alimammadova Husuyeva A.A., Bısko N., Mytropolska N.Yu., Gurınovych N.V., Aghayeva D.N. (2025) Аntimicrobial activity in cultures of some xylotrophic basidiomycetes from Azerbaijan. Ukrainian Botanical Journal, 82 (3): 252-25. https://doi.org/10.15407/ukrbotj82.03 Aghayeva D.N. (2024) A checklist of Ascomycota found on forest trees and shrubs in Azerbaijan. Sydowia, 76: 71-93. Antonelli A., Teisher J.K., Smith R.J., Ainsworth A.M., Furci G., Gaya E., Gonçalves S.C., Hawksworth, D.L., Larridon I., Sessa E.B., Simões A-R.G., Suz L.M., Acedo C., Aghayeva D.N. et al. (2024) The 2030 Declaration on Scientific Plant and Fungal Collecting. Plants, People, Planet. DOI: https://doi.org/10.1002/ppp3.10569 Marco F., Navarro B., Daghino S., Cervera A., Gisel A., Perotto S., Aghayeva D.N., Akinyuwa M.F., Gobbi E., Zheludev I.N., Edgar R.C., Chikhi R., Turina M., Babaian A., Serio F.D.,de la Peña M. (2023) Hybrids of RNA viruses and viroid-like elements replicate in fungi. Nature communication, 14: 2591 Alimammadova Husuyeva A.A, Aghayeva D.N. (2024) Diversıty, taxonomıc composıtıon and ecology of Basıdıomycetes of Guba dıstrıct of Azerbaıjan. Chornomorski Botanical Journal, 20 (1): 80-90. DOI: 10.32999/ksu1990-553X/2024-20-1-4 Del Carratore R., Aghayeva D.N., Ali-zade V.M., Bartolini P., Della Rocca R., Pepori A., Maserti B. (2021) Detection of Cryphonectria hypovirus 1 in Cryphonectria parasitica isolates from Azerbaijan. Forest Pathology, 00:e12718. DOI: 10.1111/efp.12718 Forgia M., Isgenderli E., Aghayeva D., Huseynova I., Turina M. (2021) Virome characterization of Cryphonectria parasitica isolates from Azerbaijan unveiled a new mymonavirus and a putative new RNA virus unrelated to described viral sequences. Virology, 553: 51–61, https://doi.org/10.1016/j.virol.2020.10.008 Aghayeva P., Cozzolino S., Cafasso D., Ali-zade V., Fineschi S., Aghayeva D. (2021) DNA barcoding of native Caucasus herbal plants: potentials and limitations in complex groups and implications for phylogeographic patterns. Biodiversity Data Journal, 9: e61333, 28 p. DOI: 10.3897/BDJ.9.e61333 Aghayeva D.N., Abasova L.V. (2021) A checklist of powdery mildews (Erysiphaceae, Ascomycota) known from Azerbaijan. Sydowia, 74: 001–013. https://www.verlag-berger.at/detailview?no=2931 Mustafabayli E., Prydiuk M.P., Aghayeva D.N. (2021) New for Azerbaijan records of agaricoid fungi collected in Shaki district. Ukrainian Botanical Journal, 2021, 78(3): 214–220. https://doi.org/10/15407/ukrbotj78.03.214 Mustafabayli E., Aghayeva D.N. 2019. New mushroom records for Azerbaijan. Ukrainian Botanical Journal, 2019, 76(4) 356-361, doi.org/10.15407/ukrbotj76.04.356 Aghayeva D.N., Rigling D., Meyer J., Mustafabeyli E. 2018. Diversity of fungi occurring on the bark of Castanea sativa in Azerbaijan. Acta Horticulture, P. 79-86. https://doi.org/10.17660/ ActaHortic.2018.1220.12 Abasova L.V., Aghayeva D.N., Takamatsu S. 2018. Erysiphe azerbaijanica and E. linderae: two new powdery mildew species (Erysiphales) belonging to the Microsphaera lineage of Erysiphe. Mycoscience, 59: 181-187. DOI: 10.1016/j.myc.2017.10.002 Abasova L.V., Aghayeva D.N., Takamatsu S. 2018. Notes on powdery mildews from Azerbaijan I. Genus Erysiphe. Current Research in Environmental & Applied Mycology (CREAM), 8(1): 30-53. https://www.creamjournal.org/pdf/CREAM_8_1_3.pdf Aghayeva D.N., Rigling D., Prospero S. 2017. Low genetic diversity but frequent sexual reproduction of the chestnut blight fungus Cryphonectria parasitica in Azerbaijan. Forest Pathology, 2017. 47(5) DOI: 10.1111/efp.12357 Meyer J.B., Trapiello E., Senn-Irlet B., Sieber T.N., Cornejo C., Aghayeva D.N., González A.J., Simone P. 2017. Phylogenetic and phenotypic characterization of Sirococcus castaneae comb. nov. (Syn. Diplodina castaneae), a fungal endophyte and potential pathogen of the European chestnut. Fungal biology, 121: 625-637. doi: 10.1016/j.funbio.2017.04.001 Aghayeva D.N., Lutz M., Piątek M. 2016. Transmission electron microscopy of Tuberculina species (Helicobasidiales) reveals an unique mode of conidiogenesis within Basidiomycota. Fungal Biology, 120: 1010-1016. doi: 10.1016/j.funbio.2016.04.007 Wall J.R., Aghayeva D.N. 2014. The practice and importance of chestnut cultivation in Azerbaijan in the face of blight, Cryphonectria parasitica (Murrill) Barr. Ethnobotany Research and Applications. 12: 165 - 174. https://ethnobotanyjournal.org/index.php/era/article/view/939 Harrington T.C., Yun H.Y., Lu Sh-Sh., Goto H., Aghayeva D.N., Fraedrick S.W. 2011. Isolation of Raffaelea lauricola and other symbionts from the redbay ambrosia beetle, Xyleborus glabratus, in Taiwan and Japan. Mycologia,103 (5):1028 - 1036. https://doi.org/10.3852/10-417 Harrington T.C., Aghayeva D.N., Fraedrick S.W. 2010. New combinations in Raffaelea, and four new species from the redbay ambrosia beetle, Xyleborus glabratus. Mycotaxon, 111(5): 337 - 361. https://www.srs.fs.usda.gov/pubs/ja/ja_harrington009.pdf Harrington T.C., Fraedrick S.W., Aghayeva D.N. 2008. Raffaelea laurelensis, a new ambrosia beetle symbiont and pathogen on the Lauraceae. Mycotaxon, 104: 399- 404. Aghayeva D.N., Harrington T.C. 2008. First report of Cryphonectria parasitica on chestnut (Castanea sativa) in Azerbaijan. Plant Pathology. 57: 383. DOI: 10.1111/j.1365-3059.2007.01721.x Aghayeva D.N., Wingfield M.J., Kirisits T., Wingfield B.D. 2005. Ophiostoma dentifundum sp. nov. from oak in Europe, characterized using molecular phylogenetic data and morphology. Mycological Research, 109 (10):1127 – 1136. https://doi.org/10.1017/S0953756205003710 Aghayeva D.N., Wingfield M.J., de Beer Z.W., Kirisits T. 2004. Two new Ophiostoma species with Sporothrix anamorphs from Austria and Azerbaijan. Mycologia, 96 (4):865 – 877. DOI: 10.1080/15572536.2005.11832933 Aghayeva D.N. 2001. Mycobiota of Castanea sativa Mill. in Azerbaijan (2001). Forest, Snow, Landscape Research. 76(3): 405- 408 | |
| Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü | Azərbaycan Botanikləri cəmiyyətinin üzvü, üzvlük vəsiqəsi № 5; Beynəlxalq Meşə Tədqiqatları Təşkilatı İttifaqı – Internationa Union of forests research organisations (UIFRO) 2019-cu ildən üzvü, üzvlük № A-894 | |
| Pedaqoji fəaliyyəti | Bakı Dövlət Universiteti, bakalavr pilləsi üzrə tədris – 1999, 2000, 2013, 2014, 2015; AMEA Botanika İnstitutu, magistr pilləsi üzrə tədris – 2018, 2019, 2022. | |
| Digər fəaliyyəti | AR ETN Botanika İnstitutunun Elmi Şurasının üzvü (1998-hazıradək); AR ETN Botanika İnstitutunun “Plant and Fungal Research” jurnalının baş həmredaktoru (2018- hazıradək); Azərbaycan Botaniklər Cəmiyyəti ictimai birliyinin “Azerbaijan Journal of Botany” jurnalının redaksiya heyətinin üzvü (2019- hazıradək) | |
| Təltif və mükafatları | Birləşmiş Millətlərin Təhsil, Elm və Mədəniyyət Təşkilatının mükafatı (UNESCO/Keizo Obuchi Research Fellowships Programme) mükafatı (2006); Elmi və ictimai həyatda səmərəli fəaliyyətə görə AMEA-nın Rəyasət Heyətinin Fəxri Fərmanı (2007, 2020, 2023). | |
| Əsas iş yeri və ünvanı | AR ETN Botanika İnstitutu PHŞ, Az1073, Azərbaycan Respublikası, Bakı ş., A. Abbaszadə küç., giriş 99 | |
| Vəzifəsi | Mikologiya laboratoriyasının müdiri | |
| Xidməti tel. | (+ 994 12) 5024981 | |
| Mobil tel. | (+ 994 51) 5157375 | |
| Ev tel. | ||
| Faks | ||
| Elektron poçtu | a_dilzara@yahoo.com | |






1771503947.jpg)







1730190904.jpg)









