Anadan olduğu yer | Azərbaycan Respublikası, Quba rayonu | |
Təvəllüdü | 10.06.1956 | |
Bitirdiyi ali təhsil müəssisəsi | Azərbaycan Dövlət Universiteti (hazırkı Bakı Dövlət Universiteti) | |
Elmi dərəcəsi | Biologiya üzrə fəlsəfə doktoru | |
Elmi rütbəsi | Dosent | |
Namizədlik (PhD) dissertasiyasının mövzusu: - ixtisas şifri - ixtisasın adı - mövzunun adı | 2411.02 Bitki fiziologiyası Duzluluq və kalium defisiti şəraitində bitkilərin morfofizioloji xüsusiyyətləri və azot mübadiləsi | |
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı | 85 | |
Xaricdə çıxmış elmi əsərlərinin sayı | 46 | |
Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı | 4 | |
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı | 1 patent | |
Kadr hazırlığı: - fəlsəfə doktorlarının sayı | ||
Əsas elmi nailiyyətləri | Sulfat-xlorid duzluluğu və kalium defisiti şəraitlərində müxtəlif təşkil səviyyəsinə malik bitkilərdə kompleks morfofizioloji qiymətləndirmə təqdim edilmiş və azot metabolizminin spesifikası verilmişdir. Müxtəlif növ yem bitkilərində duza cavab reaksiyalarının xüsusiyyətləri və adaptasiya reaksiyalarının növün duzadavamlılığından asılı olması aydınlaşdırılmışdır. Prolinin miqdarı ilə qalofitizm dərəcəsi arasında əlaqə aşkar edilmişdir. Halofitlərin (duzadavamlı bitkilər) qlikofitlərlə (duzahəssas bitkilər) müştərək əkilməsinin şoran torpaqların istifadə olunması zəminində torpağın münbitləşməsində, eyni zamanda yem qarışığından bir komponent kimi istifadə olunmasında fayda verə biləcək yanaşma üsulu təklif olunmuşdur. | |
Elmi əsərlərinin adları |
| |
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü | Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyi Azərbaycan Bitki Fizioloqları Cəmiyyəti AMEA Molekulyar Biologiya və Biokimyaçılar Cəmiyyəti | |
Pedaqoji fəaliyyəti | Açıq Cəmiyyət İnstitutunun Yardım Fondunun dəstəyi ilə reallaşdırılan bir çox layihələrdə iştirak edərək, «Step by Step» (İSSA) Beynəlxalq Assosiasiyası tərəfindən təqdim olunmuş dərslikləri, müxtəlif vəsaitləri azərbaycan dilinə tərcümə və redaktə etmişdir. Qabaqcıl ölkələrin müasir təhsil təcrübəsini özündə əks etdirən həmin kitab və vəsaitlərin bir çoxu “Maarif” və digər nəşriyyatlarda dərc olunmuşdur. | |
Digər fəaliyyəti | Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının biologiya və kənd təsərrüfatı elmləri üzrə Ekspert Şurasının elmi katibi (2009-2010-cu illər) AMEA Botanika İnstitutunun “Bitkilərin davamlılığı” laboratoriyasının müdiri (ictimai əsaslarla, 2010-2016-cı illər) 2018-ci ildə AMEA Botanika İnstitutu nəzdində fəaliyyət göstərmiş AMEA-nın Botanika İnstitutu və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun D.01.061 Birləşdirilmiş Dissertasiya Şurasının elmi katibi (2018-сi il) Botanika İnstitutunun nəzdindəki ED 1.26 Dissertasiya Şurasının 2432.01 - Bioloji ehtiyatlar ixtisası üzrə Elmi Seminarın elmi katibi (2019-cu ildən) “Botanika İnstitutunun Elmi Əsərləri” coxcildliyinin redaksiya heyətinin üzvü (2007-2019-cu illər) “Azərbaycan Botaniklər Cəmiyyətinin Elmi Əsərləri” jurnalının redaksiya heyətinin üzvü (2010-cu ildən) “Azerbaijan Journal of Botany” jurnalının https://www.botanysociety.az redaksiya heyətinin üzvü (2020-ci ildən) | |
Təltif və mükafatları | Azərbaycan Мilli Elmlər Akademiyası Rəyasət Heyətinin Fəxri Fərmanı (2005-ci il). AMEA Biologiya və Tibb Elmləri Bölməsinin Fəxri Fərmanı (2016-cı il). | |
Əsas iş yeri və ünvanı | AR ETN Botanika İnstitutu, AZ1004, Azərbaycan Respublikası, Bakı ş., Badamdar şossesi 40 | |
Vəzifəsi | aparıcı elmi işçi | |
Mobil tel. | (+994 50) 552 38 20 | |
Ev tel. | (+994 12) 538 20 78 | |
Faks | (+994 12) 497 09 94 | |
Elektron poçtu | [email protected] |