Laboratoriya müdiri

Biologiya elmləri doktoru, professor Əskərov Aydın Musa oğlu

Fəaliyyət istiqamətləri
  • Biomüxtəlifliyin və onun mühüm komponentlərindən olan bitki aləminin (floranın) klassik və müasir metodlarla tədqiqi.  Təbii floranın formalaşması qanunauyğunluqlarının öyrənilməsi

  • “Azərbaycan florası” çoxcildliliyinin, “Azərbaycan florasının təyinedicisi" kitabının tərtib edilməsi və yenilənməsi. Azərbaycan florasının ayrı-ayrı bitki cinslərinin monoqrafik tədqiqi

  • Azərbaycan  florasının  nadir və itmə təhlükəsində olan  növlərinin in situ və ex situ tədqiqi, "Azərbaycan Respublikasının Qırmızı kitabının" tərtib edilməsində və yenilənməsində iştirak etmək

  • Azərbaycan florası ali bitkilərinin bioekoloji və xronoloji xüsusiyyətlərinin araşdırılması

  • Təbii floranın təkamülü və dinamikası qanunauyğunluqlarının öyrənilməsi

  • Herbari işinin təşkili, Herbari fondunun yeni kolleksiyalarla zənginləşdirilməsi
Elmi nəticələri
  • Professor Aydın Əsgərovun “Azərbaycanın ali bitkiləri” 3 cildliyi (2005, 2006, 2008), “Azərbaycan florasının konspekti” (2011), “Azərbaycanın bitki aləmi” (2016), “Папоротники Кавказа” (2023), “Azərbaycan Florasının Səhləbkimiləri (Orchidacaea Juss.)” (2024) monoqrafiyaları nəşr olunmuşdur.

  • A. Əsgərov “Qarabağ Florası” (2024) əsərinin əsas müəlliflərdən biri olmaqla “ali sporlu bitkilər qrupunun” fəsilə, cins və növlərinin xarakteristikasını vermişdir. O, “Qarabağ və Şərqi Zəngəzur Təbii Ehtiyatlar Atlası” əsərində “Bitki örtüyü” və “Endem, subendem və relikt bitkilər” bölmələrinin həmmüəlliflərindəndir.

  • A.Əsgərov yüksək elmi platformalarda (Scopus, Web of Science) aid jurnallarda 9 məqalə nəşr etdirmişdir. Bu məqalələrdə  Qafqaz florası üçün yeni növ- Trifolium patens, Cənubi Qafqaz üçün yeni növ- Ultricularia neglecta aşkar edilmişdir. Azərbaycanda yayılan Trifolium L. cinsi növlərinin biomorfoloji qiymətləndirilməsi və yabanı vələmir növlərinin populyasiyalarının qiymətləndirilməsi həyata keçirilmişdir. Xaşa cinsinin (Onobrychis) növləri morfo-ekoloji təhlil edilmişdir. Azərbaycan florasında yayılan qara yonca (Medicago L.) növləri molekulyar  genetik tədqiq edilmişdir.

  • Azərbaycan florası üçün bir sıra yeni növlər aşkar edilmişdir: Omphalodes rupestris, Allium grande, Convolvulus fruticosus, Solanum elaeagnifolium, Nonea bakuensis, Nonea cyanocalyx, Cerinthe alpina,  Glaucium flavum, Solenanthus bieberstenii (Kərimov və b. 2016).

  • Azərbaycan Respublikasının “Qırmızı kitab”ının  üçüncü nəşrində (2023) laboratoriyanın əməkdaşları A. Əsgərov, M. Kərimov, R. Səlimov və b. bütövlükdə 180 növün xarakteristikasını vermişlər.
Tel (+994 50) 3130770
Elektron poçtu askerov1@mail.ru