Anadan olduğu yer

Bakı şəhəri 


 

Təvəllüdü

31.01.1946

Bitirdiyi ali təhsil müəssisəsi

Azərbaycan Dövlət Universiteti (indiki BDU)

Elmi dərəcəsi

Biologiya  elmləri doktoru 

Elmi rütbəsi

Professor 

Namizədlik (PhD)  dissertasiyasının mövzusu:

- ixtisas şifri

- ixtisasın adı

- mövzunun adı

 

 


2411.02

Bitki fiziologiyası

Günəbaxanın kök sisteminin şirə ifrazı zamanı keçid prosesləri

Doktorluq dissertasiyasının mövzusu:

-  ixtisas şifri

-  ixtisasın adı

-  mövzunun adı

 

 
 
2411.02

Bitki fiziologiyası

Bitki köklərində kalium nəqlinin hərəkətverici qüvvələrinin ion və hormonal tənzimi

Müxbir üzv seçilməsi

-  tarix

- ixtisasın adı

 

2014

Bitkilərin fiziologiyası

Həqiqi üzv seçilməsi

-  tarix

- ixtisasın adı


2017

Botanika

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

-  xaricdə çıxmış elmi əsərlərinin sayı

- beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı

248

 

143

 

22

Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı

2 müəlliflik şəhadətnamələri

Kadr hazırlığı:

- fəlsəfə doktorlarının sayı

- elmlər doktorlarının sayı

 

6

Əsas elmi nailiyyətləri

Elmi fəaliyyəti ətraf mühitin stres faktorlarının təsiri altında bitkilərin formalaşması, davamlılığının hüceyrə və molekulyar mexanizmlərini, ətraf mühitin çirklənməsinin bioindikasiyasında yerli floranın ayrı-ayrı növlərinin rolu, bitkilərin ətraf mühitin pisləşməsinə cavab reaksiyası kimi bitkilərin ekoloji fiziologiyasının problemlərini, müxtəlif növ abiotik stresə uyğunlaşmış bitkilərin seçimi, kənd təsərrüfatının davamlılığı üçün iqtisadi cəhətdən əhəmiyyətli bitkilərin məhsuldarlığını artırmağı əhatə edir. Eyni zamanda maraq sahəsi ətraf mühitin qorunması və davamlı inkişafı ilə əlaqəli sahəni əhatə edir. Yerli və Qafqaz florasının endemik və nadir növlərinin biomüxtəlifliyinin öyrənilməsi, bitki növlərinin spesifikliyinin təhlili, statuslarının müasir kateqoriyalara və meyarlara görə qiymətləndirilməsi və onların qorunub saxlanılması yollarının öyrənilməsi son 20 ildə bu işlərin əsasını təşkil edir. Əsas nailiyyətlər arasında: “Azərbaycanın nadir və nəsli kəsilməkdə olan bitki və göbələklərin Qırmızı kitabı” nın 2-ci nəşri, 2013 və “Azərbaycanın çiçəksiz ali bitkiləri”, 2019 (məsul redaktor), həmçinin “Qafqazın endem bitkilərin Qırmızı Siyahısı” monoqrafiya kitabının Azərbaycan hissəsi, 2014 (müəllif), ensiklopedik kitab “Qafqazın etnobotanikası” (həmmüəllif), 2017 və “Böyük Qafqazın bitkiləri (Azərbaycan), 2018 (həmmüəllif).

Elmi əsərlərinin adları

  1. Egor Zadereev, Oksana Lipka, Bakhtiyor Karimov, Marina Krylenko, Victoria Elias, Isabel Sousa Pinto, Valida Alizade, Yaakov Anker, Alan Feest, Daria Kuznetsova, Andre Mader, Rashad Salimov & Markus Fischer “Overview of past, current, and future ecosystem and biodiversity trends of inland saline lakes of Europe and Central Asia”. Inland Waters (2020) https://www.tandfonline.com/doi/full/10.1080/20442041.2020.1772034
  2. I.Mamedov, Kh.Gasimova, E.K.Husiyev, V.Farzaliyev, V.M.Alizade and K.Toderich “Root and Shoot Relation of the Quiona and Forage Plants in Salt-Affected Clay Soil”, Chapter 8, Emerging Research in Alternative Crops, Springer (2020) 58:185-220.
  3. Yilin Qiao, Manana Khutsishvili, Valida Alizade, Daniel Atha and Robert P. Borris “Labdane and Abietane Diterpenoids from Juniperus oblonga and Their Cytotoxic Activity”. Molecules (2019) 24, 1561 mdpi.com/journal/molecules.
  4. Yilin Qiao, Nathan K. Sunada, Alyssa E. Hatada, Ingo Lange, Manana Khutsishvili, Valida Alizade, Daniel Atha, Dana-Lynn Ko'omoa-Lange, Robert P. Borris “Potential anti-neuroblastoma agents from Juniperus oblonga”. Biochemical and Biophysical Research Communications 516 (2019) 733-738.
  5. Valida Alizade, Naiba Mehdiyeva, Vugar Karimov, Aida Ibrahimova“Plant of the Greater Caucasus” editor Thomas Borsch, Baku:” Red line” publishing house (2019) p. 352
  6. Valida Alizade, Tatyana Shulkina “The flora of Azerbaijan for the world horticulture” Plant & Fungal Research (2018) 1(1), 2-8.
  7. Visconti P., Elias V,.Pinto S., Fischer M., Valida Ali-zade et al. Chapter 3: Status, trends and future dynamics of Biodiversity and ecosystems underpinning nature`s contributions to people. In IPBES (2018): The IPBES regional assessment report on biodiversity and ecosystem services for Europe and Central Asia. Rounsevell, M., Fischer, M., Torre-Marin Rando, A. and Mader, A. (eds.). Secretariat of the Intergovernmental Science-Policy Platform on Biodiversity and Ecosystem Services, Bonn, Germany, pp.187-382. 187-382, https://ipbes.net/sites/default/files/2018_eca_full_report_book_v5_pages_0.pdf
  8. Мехтиева Н.П., Дадашова А.Г., Али-заде В.М. Новый для флоры Азербайджана вид Phalacroloma annuum (Asteraceae). Botanical Journal of Russian Academy of Sciences (2017) No. 5, 689-693.
  9. Naiba P. Mehdiyeva, Ibrahim S. Guliyev, Valida M.Alizade, Esmira H. Alirzayeva,. Chapter in: Ethnobotany of the Caucasus, Springer (2017) p. 37-46. Editor Rainer W. Bussmann,
  10. Alirzayeva E, Neumann G, Horst W, Allahverdiyeva Y, Specht A, Ali-zade V. Multiple mechanisms of heavy metal tolerance are differentially expressed in ecotypes of Artemisia fragrans//Environmental pollution (2017) v.220, 1024-1035.
  11. Каримов В., Али-заде В., Фарзалиев В. Новые виды сосудистых растений для флоры Кавказа и Азербайджана. News of Systematics of Higher Plants (2016) v.47, 122-125.
  12. Alirzayeva E., Ali-zade V., Shirvani T., Toderich T. Evaluation of Wild Halophytes of Aralo-Caspian flora towards Soil Restoration and Food Security Improvement. Chapter 4 In: “Plants, Pollutants and Remediation”, M. Öztürk et al. (eds.). Springer Science+Business Media Dordrecht, Chapter 4 (2015) 63-98.
  13. Alizade V., Haciev V., Karimov V., Musaev S., Abieva R., Farzaliev V. Azerbaijan. In book “Red list of the endemic plants of the Caucasus” Editors: Solomon J., Shulkina T., Schatz G. Monografs in Sistematic Botany from the Missouri Botanical Garden. USA Press. Saint Lois: (2014) 67-71; 72-108, 451.

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü

  • Azərbaycan Botaniklər Cəmiyyətinin prezidenti;
  • Rusiya Bitki Fizioloqları Cəmiyyətinin üzvü
  • Azərbaycan Bitki Fizioloqları Cəmiyyətinin üzvü;
  • Azərbaycan Biofiziklər Cəmiyyətinin üzvü;
  • Avropa Bitki Bioloqları Cəmiyyətləri Federasiyasının üzvü;
  • YUNESKO-nun Bioetika, Elm və Texnologiyaların Etikası üzrə Azərbaycan Milli Komitəsinin üzvü (2010-hazıradək)
  • Avropa və Mərkəzi Asiya üçün “Biomüxtəliflik və Ekosistem üzrə Hökumətlərarası elm platformasının (IPBES) aparıcı eksperti (2015-2017)

Pedaqoji fəaliyyəti

Elmi işlərlə yanaşı 45 il ərzində fəlsəfə və elmlər doktorları (6 fəlsəfə doktoru və 1 elmlər doktoru) yetişdirmişdir. 20 ildən çoxdur ki, doktorluq və namizədlik dissertasiyalarının müdafiəsi üzrə Elmi Şuranın üzvü və sədridir, 1998 və 2017-ci illərdə Bakı Dövlət Universitetinin Biologiya Fakültəsində Dövlət Komissiyasının sədri kimi fəaliyyət göstərmişdir. Hal-hazırda 5 namizədlik və 3 doktorluq dissertasiyasının elmi rəhbəridir. Türkiyənin Uludağ Universitetində TÜBİTAK tərəfindən təşkil edilən ekoloji məktəbin xarici professoru kimi vaxtaşırı mühazirə oxuyub. Alman universitetləri (Hannover və Ştutqart) bazasında əldə etdiyi elmi və pedaqoji təcrübəyə də malikdir.

Digər fəaliyyəti

  • “Plant and Fungal Research” jurnalının baş redaktoru, plantfungalres.az
  • Həyat elmləri və biotibb jurnalının redaksiya şurasının üzvü http://bteb.science.gov.az
  • Azərbaycan Botanika Jurnalının baş redaktoru, https://www.botanysociety.az
  • Azərbaycan Respublikasının “Qırmızı Kitabı, nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri”nin 2-ci nəşri, məsul redaktor, 2013
  • Azərbaycanın Çiçəksiz ali bitkiləri” adlı kitabın məsul redaktoru, 2019
  • IPBES üçün Avropa və Mərkəzi Asiyanın Biomüxtəliflik və Ekosistem Xidmətlərinin Regional Qiymətləndirməsində aparıcı müəllif http://ipbes.net (2015-2018)

Təltif və mükafatları

  • Beynəlxalq elm fondun fərdi qrantı (1993);
  • Elmi-pedaqoji və təşkilatçılıq sahəsində nümunəvi xidmətlərinə görə AMEA Rəyasət Heyətinin fəxri fərmanı (2005, 2011, 2016);
  • Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Şöhrət” Ordeni (2015);
  • “Bakı Dövlət Universitetinin 100 illiyi” yubileyi medalı (2019); 

İş yeri və ünvanı

 AMEA Botanika İnstitutu, AZ1004, Azərbaycan Respublikası, Bakı ş., Badamdar şosesi, 40

Vəzifəsi

AMEA Botanika İnstitutunun direktoru

Xidməti tel.

(+994 12) 502 43 94

Mobil tel .

(+994 50) 392 87 53

Ev tel.

(+994 12) 510 18 83

Faks

(+994 12) 497 09 94

Elektron poçtu

vm_alizade@yahoo.com

direktor@botany.science.az