Laboratoriya müdiri

Biologiya elmlər doktoru, professor Ağayeva Dilzarə Nadir qızı 

Fəaliyyət istiqamətləri
  • Göbələklərin morfologiya, sistematika, coğrafiya, biologiya və təkamülünə dair fundamental-nəzəri məsələləri: biomüxtəlifliyin tərkib hissəsi kimi göbələklərin ölkə üzrə müxtəlifliyinin araşdırılması, taksonomik, nomenklatur və molekulyar-filogenetik təhlillərin aparılması, herbari kolleksiyasının zənginləşdirilməsi.

  • Göbələkdən səmərəli istifadə yollarının nəzəri və praktiki əsasları: qida və tibbi əhəmiyyətli növlərin ölkədə rastgəlmə xəritələrinin hazırlanması və kultura kolleksiyasının yaradılması, bioloji aktiv maddələrinin eksperimental araşdırılması.

  • Göbələklərin nadir növlərinin qiymətləndirilməsi: ətraf mühit amillərinin təsiri və o cümlədən, antropoloji təsirlərə məruz qalan növlərin monitorinqi və əlaqədar risklərin öyrənilməsi, maarifləndirici təbliğat üçün broşura, kitabça və posterlərin hazırlanması.
Elmi nəticələri
  • Azərbaycanda yerüstü ekosistemlərin, xüsusilə Kiçik Qafqaz üzrə Göygöl Milli Parkının, Daşkəsən və Gədəbəy rayonlarının mikobiotası tədqiq edilmiş, növ siyahıları hazırlanmışdır. Göygöldən Fomitopsis betulina (Bull.) B.K.Cui, M.L. Han & Y.C. Dai, Leccinum scabrum (Bull.) Grey,  Şəkidən Sarcosphaera coronaria (Jacq.) J. Schröt, Şəki və Naxçıvandan Morchella semilibera  DC. və  Abşerondan Pisolithus arhizus (Scop.) Rauschert. makromisetləri Azərbaycan üçün yeni aşkar edilmişdir.
  • Respublikanın Quba, Qax, Zaqatala rayonlarında vələs ağaclarından Cryphonectria (Sacc.) Sacc. & D. Sacc cinsinə aid yeni parazit növ C. carpinicola D. Rigling, T. Cech, Cornejo & L. Beenken aşkar edilmişdir. Bu ölkədə eyni cinsə aid olan C. parasitica (Murrill) M.E. Barr  C. radicalis  (Schwein. ex Fr.) M.E. Barr növlərindən sonra aşkar edilən 3-cü növdür. Şabalıdlarda geniş yayılmış patogen C. parasitica göbələyinin populyasiyasına bioloji yolla nəzarətin  mümkünlüyü demonstrasiya edilmişdir.
  • Gəncə və Göygöldən toplanmış  11 mikromiset (Peronospora conglomerata Fuckel, P. stigmaticola Raunk., Podosphaera leucotricha (Ellis & Everh.) E.S. Salmon, P. tridactyla f. pruni Golovin, P. clandestina (Wallr.) Lév., P. pannosa (Wallr.) de Bary, Sphaerulina rehmiana Jaap, Gymnosporangium globosum (Farl.) Farl., G. asiaticum Miyabe ex G. Yamada, Ramularia agrestis Sacc., Didymella pinodella (L.K. Jones) Qian Chen & L. Cai) ərazi üçün yeni olaraq göstərilmişdir.
  • Ölkədə meşə ağacları ilə assosiasiyada olan göbələklərin 226 növdən ibarət siyahısı hazırlanmışdır. O cümlədən, meşə ağac və kolları üzərində təsadüf edilən Ascomycota şöbəsinə aid 193 növün taksonomik vəziyyəti dəqiqləşdirilmişdir. 
Tel. (+994 12) 502 49 81
Elektron poçtu a_dilzara@yahoo.com