Laboratoriya müdiri

Biologiya üzrə fəlsəfə doktoru, dosent Abdıyeva Rəna Təhməzovna 

Fəaliyyət istiqamətləri

  • Bitki birliklərinin müxtəlifliyinin və strukturunun öyrənilməsi;
  • Nadir bitki birliklərinin və müasir şəraitdə formalaşan yeni bitki birliklərinin aşkar edilməsi;
  • Bitki örtüyünün klassik və müasir metodlarla təsnifatı;
  • İqlim dəyişiklikləri və antropogen amillərin güclənməsi şəraitində bitki örtüyündə baş verən sukcesiyaların (dəyişmələrin) araşdırılması;
  • Növ səviyyəsində biomüxtəlifliyin qiymətləndirilməsi;
  • Bitki örtüyünün geobotaniki rayonlaşdırılması; “Azərbaycanın bitkiliyi” Elektron Məlumat Bazasının yaradılması.

Elmi nəticələri

Böyük Qafqazın meşə ekosistemlərinin flora konspekti tərtib edilmiş, α-, β-, γ- biomüxtəlifliyi qiymətləndirilməşi, əsas bitki vahidləri təyin olunmuş və onların sxem-xəritələri tərtib edilmişdir. Faydalı (dərman, qida, boyaq, dekorativ və s.) bitkilərin siyahısı tərtib edilmiş, bəzi nadir və itmə təhlükəsində olan növlərin senopopulyasıyaları öyrənilmiş, təbiətdən götürülmüş və Mərkəzi Nəbatat Bağının eksperimental sahəsində nadir növlər üzərində fenoloji müşahidələr aparılmışdır.
364 bitki növünə aid 376 toxum kolleksiyası Azərbaycanın müxtəlif bölgələrindən toplanılmış və mühafizə edilməsi məqsədi ilə Toxum Bankında saxlanılır. Bunlardan, 301 növ faydalı və 54 növ nadir və təhlükə altında olan növlərdir.
Alınan nəticələr “Azərbaycanın dərman bitkiləri” , “Azərbaycanın nadir bitkiləri” və “Toxum bankı” elektron məlumat bazalarına daxil edilmişdir.

Tel. (+994 12) 502 40 53
Elektron poçtu abdiyeva.ren@yandex.ru